İnsanlara hürriyət, millətlərə istiqlal!

Özünü “yaxşı oğlan” kimi göstərmək istəyən rusiyalı milyarder

“Rambler”in keçmiş həmtəsisçisi, “Gazeta.ru” və “Lenta.ru” saytlarının keçmiş sahibi, rusiyalı milyarder Aleksandr Mamut Ukraynaya genişmiqyaslı işğalın başlanmasından sonra Rusiyanı tərk edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Mamut hazırda İngiltərə və Fransada növbə ilə yaşayır.

İş adamının yeni sanksiyalara məruz qalmaq istəmədiyi və Qərbin gözündə “yaxşı rus” olmaq, özünü təmizə çıxarmaq istədiyi bildirilir. Rusiyalı milyarderin bu məqsədlə yeni liberalyönlü media yaratmağa qərar verdiyi qeyd olunur. Bu məqsədlə Mamutun Rusiyanın Müharibə Əleyhinə Komitəsinin tərkibinə daxil olan Paris Siyasi Tədqiqatlar İnstitutunun (Sciences Po) professoru, iqtisadçı Sergey Quriyevlə danışıqlar apardığı qeyd olunur.

Qeyd edək ki, Aleksandr Mamut 2018-ci ildən ABŞ sanksiyaları altındadır, lakin o, Avropanın sanksiya siyahılarına daxil edilməyib. Mamut həm də Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun tərtib etdiyi 6 min korrupsioner və müharibə qızışdırıcısı siyahısındadır. (Navalnının tərəfdaşları onu “siyasi korrupsiyada” ittiham edirlər).

“Meduza” saytının məlumatına əsasən, Mamutun Rusiyada faktiki olaraq heç bir məlum gəlirli aktivi qalmayıb. O, 2020-ci ildə “Rambler” holdinqinin 45%-ni “Sberbank”a satıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR