İnsanlara hürriyət, millətlərə istiqlal!

Özgür Özəl yenidən CHP sədri SEÇİLDİ

Xəbər verdiyimiz kimi, Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün Ankarada fövqəladə qurultayını keçirib. 

Musavat.com “Haberler.com” saytına istinadən xəbər verir ki, CHP sədri Özgür Özəl 1171 səslə yenidən partiyanın rəhbəri seçilib. 105 səs etibarsız sayılıb.

CHP-nin bugünkü qurultayına keçmiş partiya liderləri Altan Öymen, Hikmət Çətin, Kamal Kılıçdaroğlu və keçmiş SHP Partiya lideri Murat Karayalçın, bələdiyyə başçıları, fəxri üzvlər və nümayəndələr qatılıb.

Konqres zalında Özgür Özəlin yanındakı yer İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu üçün ayrılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR