İnsanlara hürriyət, millətlərə istiqlal!

Özcan bacısını hədələdi - "Sevgilin olan evli kişi..."

Türkiyəli müğənni-aktyor Özcan Dənizin ailəsi ilə qalmaqalı davam edir. Sənətçi bu dəfə bacısı Yurda Güləri şantaj etməklə gündəmə gəlib.

Ailəsi ilə bütün əlaqələrini kəsən Dəniz əvvəlcə qardaşı, sonra isə bacısı ilə mübahisə etməyə başlayıb. Yurda Gülərin ifaçının həyat yoldaşı ​​Samar Dadqarın ünvanına sərt sözlər deməsi Özcanı özündən çıxardıb.

Özcan paylaşım edərək "Məni dayandırdılar. Siz həmişə ailənin ən hörmətsizi və hiyləgəri olmusunuz. Özün kimi biri ilə birlikdəsən və oğlun üçün dua et. Birlikdə olduğun evli kişi üçün hazırladığım video hələ də qalıb. Daha bir hörmətsizlik gözləyirəm, etsən, yayımlayacağam" sözlərini yazıb. O, bacısının evli kişi ilə münasibətdə olduğunu açıqlayıb.

Özcanın xanımı Samar isə Gülərin "Qardaşımla bizi düşmən etdi. İrandan gəlim, min hiylə ilə ona yaxınlaşıb, məşhur olmaq xəyalını gerçəkləşdirdi" sözlərinə "Sənin səviyyənə düşməyəcəyəm. Sizinlə sizin kimilər məşğul olsun. Sizə vaxtım yoxdur, xoşbəxtliyimlə məşğulam" cavabını verib. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR