İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda qadın ərinin məşuqəsini döyüb, soyundurub, videoya çəkib, yayıb

Özbəkistanda qadın sevgilisinə divan tutub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hiddətlənmiş qadın qohumları ilə birlikdə rəqibini döyüb, daha sonra  onu soyunduraraq videoya çəkub və sosial şəbəkələrdə paylaşıb.

Hadisə aprelin 16-da Kaşkədərya rayonunda baş verib. 33 yaşlı qadın qohumları ilə birlikdə ərinin 30 yaşlı sevgilisinin yaşadığı kirayə mənzilə gəlib. Burada o, qalmaqal yaradıb, rəqibini döyüb, onu soyundurub və baş verən hər şeyi lentə alıb. Bundan sonra o, ərinin məşuqəsini aşağılamaq üçün videonu sosial şəbəkələrdə yayıb.

Bildirilir ki, bütün bu qalmaqlaın səbəbkarı olan kişi özü də olayda iştirak edib, amma baş verənlərin qarşısını almaq üçün heç bir tədbir görməyib.

Qonşuların dediyinə görə, kişi sevgilisinə görə ailəsini tərk etdiyi üçün qadın belə bir hərəkətə məcbur olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 138-ci (qanunsuz olaraq azadlıqdan məhrum etmə) maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. Faktla bağlı araşdırma aparılır. Linç təşəbbüskarı olan qadınıı cərimə və ya üç ilə qədər həbs gözləyir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR