İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda bir neçə uşaq bağçasında kütləvi zəhərlənmə baş verib

 Daşkənd vilayətində bir şəhərdə üç uşaq bağçasının şagirdləri zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Musavat.com Podrobno.uz-a istinadən xəbər verir ki, ümumilikdə, son məlumatlara görə, xəstəxanada 18 uşaq olub.

“Sentyabrın 13-14-də 1 saylı uşaq bağçasından 3, 10 saylı uşaq bağçasından 14, 37 saylı bağçadan 1 nəfər “ilkin mədə pozğunluğu” (ishal) diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bütün məktəbəqədər təhsil müəssisələri Anqren şəhərində yerləşir”, – Özbəkistanın Məktəbəqədər Təhsil Nazirliyindən bildiriblər.

Rəsmilər bu vəziyyəti nəzarətə götürüb və uşaqlar hazırda həkim nəzarətindədir.

Nazirlik Sanitariya-Epidemioloji Rifah və Əhalinin Sağlamlığı Xidmətinin rəyini gözləməyə çağırıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR