İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan və Qırğızıstan Ağsuda avtozavod tikintisinə başlayır

Qırğızıstanın Çuy vilayətinin Ağsu kəndində “Altyn Tulpar Unaa Kuruluş” avtomobil və kommersiya avtomobillərinin yığılması və istehsalı zavodunun tikintisinə başlanılıb.

Musavat.com Özbəkistan mediasına istinadla xəbər verir ki, ilkin mərhələdə zavodun istehsal gücü ildə 10 min avtomobil təşkil edəcək, 1000-dən çox daimi iş yeri açılacaq.

Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov Qırğızıstanla Özbəkistan arasında dostluğun yeni səviyyəyə yüksəldiyini qeyd edərək bildirib ki, hər iki ölkənin ortaq layihəsi olan bu avtomobil zavodunun tikintisi iki ölkə arasında çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsinə dair sazişlərlə təsdiqlənir. "Bunun sübutu bu gün minik avtomobillərinin yığılması və istehsalı zavodunun tikintisi üçün kapsulun bünövrəyə atılmasıdır. Bu, hər iki ölkə üçün strateji əhəmiyyətli layihədir”, - Akılbek Japarov bildirib.

Qeyd edək ki, zavodun Qırğızıstan ərazisində tikintisi ilə bağlı razılıq Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyevin 2023-cü ilin yanvarında Qırğız Respublikasına rəsmi səfəri zamanı əldə olunub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR