İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan Aİ-dən rusiyalı milyarderə qarşı sanksiyaları ləğv etməyi xahiş edib

Özbəkistan hökuməti Avropa İttifaqından (Aİ) rusiyalı milyarder Alişer Usmanov və onun bacısı Gülbahor İsmayılovaya qarşı sanksiyaları ləğv etməyi xahiş edib.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Rəsmi Daşkənd Özbəkistan və Avropa İttifaqı rəsmilərinin görüşü zamanı sanksiyalardan narahatlığını bildirib.

Nəşrin məlumatına görə, Özbəkistan Usmanova mümkün məhkəmə prosesi ilə bağlı hüquqi yardım da göstərir.

“Aİ-nin sanksiya rejimi siyahıda olan bütün şəxslərə və qurumlara məlum qərara Avropa Məhkəməsində etiraz etmək imkanı verir”, – Aİ Xarici Xidmətinin sözçüsü Peter Stano “Financial Times”a bildirib.

Milyarder Alişer Usmanov Rusiyanın ən zəngin iş adamlarından biridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR