İnsanlara hürriyət, millətlərə istiqlal!

Oyun BİTDİ

Xəbər verildiyi kimi, Ermənistan parlamentinin 44 günlük müharibənin şərtlərini araşdıran istintaq komissiyası qondarma “Artsax Müdafiə Ordusu”nun keçmiş komandanı Samvel Babayanı dinləmələrə dəvət edib. Məlum olduğu kimi, Babayan həmin komissiyanın rəhbəri Andranik Köçəryanın yaxın dostu sayılır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli “Hraparak” qəzeti bu xüsusa diqqət çəkib.

“Hələ ötən həftənin cümə günü Köçəryan komissiyaya gəlmək arzusunu Babayanın özünün söylədiyini bildirib. Komissiya qurulduqdan sonra Samvel Babayan müstəqil məsləhətçi kimi işdə iştirak etməli idi. Lakin daha sonra o, bundan imtina edib. “Oyunun qaydaları var. Oyun qaydalarına əməl etməsən, heç nə alınmayacaq”, - deyə Babayan həmin qərarını bu sözlərlə izah edib.

Komissiyadakı mənbələrimizdən öyrəndik ki, Babayan çox güman ki, dindirilən sonuncu adam olacaq. Onu burada “Artsax Ordusunun Hadrut diviziyasının komandiri” kimi qəbul edəcəklər. Komissiyanın işi dekabrın 3-də başa çatır. Lakin komissiya müharibənin əsas iştirakçılarını, məsələn, Cəlal Arutyunyanı, “Artsax Milli Təhlükəsizlik Xidməti”nin (qondarma - red.) “direktoru” Kamo Ağacanyanı çağırmayıb. Əvəzində Samvel Şahramanyanı dinləyərək ona müharibə ilə bağlı olmayan suallar verdilər”, - deyə “Hraparak” qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR