İnsanlara hürriyət, millətlərə istiqlal!

Ovannisyan: Fəlakəti görən və onu sakitliklə gözləyən ilk dövlət Ermənistan olacaq  

“Vəziyyətimizi və planlarımızı belə qeyri-ciddi və səthi təqdim etməyə davam etsək, bir müddətdən sonra 21 sentyabrı da qeyd etməyə başlayacağıq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü, ekspert Vahe Ovannisyanın “Facebook” səhifəsindəki statusunda əks olunub.
“Necə oldu ki, müstəqil dövlətin mövcudluğunun 33-cü ilində siyasi-ictimai proseslərə bir din xadimi rəhbərlik edir? Bu, dövlətin dərin uğursuzluqlarından xəbər verir.

Biz sülh şəraitində işləyən parlament və formal olaraq mövcud olan siyasi institutlar şəraitində fəlakəti görən, onu sakitliklə gözləyən ilk dövlət olacağıq”,-deyə Ovannisyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR