İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il Almaniya 1,51 milyard dollarlıq silah ixrac edib

2021-ci ildə Almaniyanın silah ixracının həcmi 1,51 milyard dollar təşkil edib ki, bu da 2017-ci ildən bəri ən yüksək göstəricidir.

AZƏRTAC DPA agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat Nazirliyi Bundestaqın deputatı Sevim Daqdelenin müvafiq sorğusuna cavabında bildirib.

Məlumata görə, ixrac olunan silahların 60 faizdən çoxu NATO-ya və Avropa İttifaqına üzv olmayan ölkələrə satılıb. Beləliklə, Almaniyanın silah ixracatı ardıcıl olaraq üçüncü ildir ki, artır. 2020-ci ildə alman silahlarının ixracı 1,38 milyard avro təşkil etmişdi. Almaniya istehsalı olan silahların əsas alıcıları Misir, İsrail, Qətər, Türkiyə, Böyük Britaniya, Norveç, həmçinin İtaliya, Hollandiya, Latviya və Avstriya kimi Avropa İttifaqı üzvləri olub.

Almaniyanın üçüncü ölkələrə silah tədarükü xüsusi mübahisələrə səbəb olur. Belə ki, həmin ölkələrin bəziləri regional münaqişələrdə iştirak edir və onların bir çoxunda insan hüquqlarının pozulması halları qeydə alınır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR