İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il 1147 tələbənin kredit müraciətinə imtina verilib

Ötən tədris ilində 1147 tələbənin kredit müraciətinə imtina verilib.

Musavat.com xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, 2021-2022-ci tədris ilində təhsil tələbə krediti ilə bağlı 10 597 müraciət olub ki, onun da 7962-i yekunlaşdırılıb, 2635-i natamam hesab olunub.

Araz Paşayevin sözlərinə görə, kredit alan tələbələrin əksəriyyəti qadın olub:

"Kredit alan 6815 tələbədən 3786-sı qadın, 3029-u kişi olub.

Ali təhsilin bakalavr pilləsi üzrə 5795, magistr üzrə 849 nəfərə təhsil krediti verilib. Həmin müddətdə kreditlər üçün ümumilikdə 5 991 947 67 manat vəsait xərclənib".

Araz Paşayev tələbələri ən çox kredit alan universitetləri də açıqlayıb:

"Ən çox Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Gəncə Dövlət Universitetinin tələbələri kredit alıb".

Xalidə Gəray
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR