İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən gün vətəndaşlardan 19 silah, 5 qumbara götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan 19 silah, 5 qumbara götürüb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, fevralın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 5 ədəd qumbara, 15 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 83 ədəd patron təhvil götürüblər.

Həmçinin, ötən gün keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 1 tapança, 1 ədəd tüfəng, 1 patron darağı və 17 ədəd patron aşkar edilərək götürülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR