İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən ay Çin neft idxalını azaldıb

Aprel ayında Çin tərəfindən neft idxalının orta gündəlik həcmi mart ayı ilə müqayisədə 6,2 faiz azalaraq sutkada 11,551 milyon bareldən 10,882 milyon barelə düşüb.

Musavat.com xəbər verir ki, bu nəticəyə İnterfaks Agentliyi Çin Baş Gömrük İdarəsinin məlumatları əsasında gəlib.

Agentliyin məlumatına görə, mütləq ifadədə Pekinin neft idxalı ötən ay 44,72 milyon ton təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 8,8 faiz az (49,95 milyon ton), lakin əvvəlki ilin eyni ayına nisbətən 5,5 faiz çoxdur(42,41 milyon ton). 2024-cü ilin aprel ayında alınan xammalın dəyəri 27,92 milyard dollar təşkil edib.

Eyni zamanda, ötən ay Çinə neft məhsullarının tədarükü 23,3 artıb - martda 4,6 milyon tondan apreldə 5,67 milyon tona qədər. Bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 29,5 faiz çoxdur. Ötən ay neft məhsullarının ümumi idxalı ölkəyə 3,43 milyard dollara başa gəlib.

Çinə əsas neft tədarükçüləri Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Malayziya və BƏƏ-dir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR