Onlayn ictimai-siyasi qəzet
“Əş-Şəbab” qruplaşması Somalinin paytaxtı Moqadişuda prezident sarayının yaxınlığında yerləşən SYL otelinə hücum ediblər.
Musavat.com xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.
Qeyd olunub ki, silahlılar otelin divarlarından birini partladıb, daha sonra içəri girərək atəş açıblar.
"Mogadishu24" portalının məlumatına görə, hücum nəticəsində Somalinin ədliyyə naziri, bir neçə parlament üzvü, polis və hərbçi yaralanıb.
Polis hücumdan bir neçə dəqiqə sonra otelə gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə silahlılar arasında atışma başlayıb.
Qeyd olunub ki, silahlılar otelin yaxınlığında dayanmış avtomobili partladıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ