İnsanlara hürriyət, millətlərə istiqlal!

Ostin peycer partlayışına görə İsrailə gedir

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Livanda peycer partlayışlarından sonra yaranmış vəziyyəti müzakirə etmək üçün sentyabrın 22-23-də İsrailə səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə "Axios" portalı İsrail və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd edək ki, rabitə qurğuları çərşənbə axşamı Livanın müxtəlif ərazilərində demək olar ki, eyni vaxtda partladılıb.

"Hizbullah" şiə hərəkatı İsraili bombardmanların təşkilində günahlandıraraq "ədalətli cavab" veriləcəyi ilə hədələyib.

"Reuters"in məlumatına görə, peycerlər son bir neçə ay ərzində Livana "Hizbullah" üzvləri üçün gətirilib.

"Al Jadeed"telekanalının respublikanın səhiyyə naziri Firas Abyada istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində azı 11 nəfər ölüb, 4 minə yaxın insan yaralanıb.

Onlardan 500-ə yaxını görmə qabiliyyətini tamamilə və ya qismən itirib. İsrail hökuməti partlayışla bağlı şərh verməyib.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR