İnsanlara hürriyət, millətlərə istiqlal!

Ostin: ABŞ Yaxın Şərqdəki qüvvələrini qorumaq üçün lazımi tədbirlər görəcək

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Suriya-İordaniya sərhədinə hücum zamanı 3 ABŞ hərbçisinin həlak olması fonunda Vaşinqtonun Yaxın Şərqdəki qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyini vurğulayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ostin Pentaqonda NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündə baş verənlərdən “qəzəbləndiyini və kədərləndiyini” deyib.

“Prezident və mən Amerika qüvvələrinə hücumlara dözümlü yanaşmayacağıq. Biz ABŞ-ni və ordumuzu qorumaq üçün bütün lazımi tədbirləri görəcəyik”, – nazir əlavə edib.

“Pentaqona qayıtdığım üçün şadam. Özümü yaxşı hiss edirəm və sağalıram, hələ də sağalıram”, – Ostin bildirib.

Yanvarın əvvəlində prostat xərçənginin müalicəsinin ağırlaşması ilə xəstəxanaya yerləşdirildikdən sonra o, Pentaqona əyani işə qayıdıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR