Onlayn ictimai-siyasi qəzet
“Niyə bizim arsenalımızdakı vasitələrdən Qarabağ məsələsində istifadə olunmur? Ermənistan hakimiyyəti Qarabağı Azərbaycana təslim etmək qərarına gəlibmi? Yoxsa, bu bizim hakimiyyət orqanlarının fantaziyasıdır?”
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Facebook səhifəsində canlı yayımda danışıb.
“Bu hakimiyyət bizi axmaq hesab edir, yoxsa özləri belə axmaqdırlar? İnanın ki, Qarabağı könüllü olaraq Azərbaycana təslim etsək, dünyanın ən axmaq xalqlarından biri sayılacağıq”,-deyə o söyləyib.
Qarabağın Azərbaycana verilməsi sülh gətirə bilməz. Paşinyan bu sənədi imzalasa, gələcək münaqişələrin toxumlarını səpəcək. Bu yük gələcək nəsillərə ötürüləcək. Biz Qarabağı itirə bilmərik, amma məntiqli və çevik olmalıyıq”, - deyə revanşist keçmiş nazir bildirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ