İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuzun sərhədboyu əraziləri nəzarətə götürməsinin NƏTİCƏSİ

“2020-ci il 10 noyabr bəyanatından sonra Azərbaycan Qarabağda yaşayan ermənilər üçün humanitar təyinatlı yolun yenidən inşa edilməsini təmin etdi. Köhnə yol Laçın şəhərinin içərisindən keçirdi, buna görə də Laçın şəhərinin Azərbaycanın nəzarətinə verilməsi prosesinə maneə yaradırdı və yeni yol tikildi”.

Bu fikirləri Musavat.com-a hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, yeni yol Zabux kəndi istiqamətindən keçməklə Laçın şəhərinin şimal hissəsi ilə Şuşaya daxil olur, oradan da Xankəndiyə yönəlir: “Ermənilər bu yoldan hərbi məqsədlər üçün istifadə etməyə başladılar. Son 4-5 ay ərzində Azərbaycan dəfələrlə bununla bağlı Ermənistana və beynəlxalq təşkilatlara müraciət etdi, lakin məsələ həllini tapmadı. Nəticədə ordumuz Xankəndi istiqamətində yüksəklikləri nəzarətə götürdü”.

Ekspert qeyd etdi ki, Laçın rayonu strateji əhəmiyyətə malikdir. R.Məmmədli vurğuladı ki, Laçın rayonu qərbdən Ermənistanla, şərqdən isə Şuşa və Xocalı rayonu ilə həmsərhəd olan inzibati ərazidir: “Laçın yolunun üzərində olan strateji məntəqələri nəzarətə götürməklə Azərbaycan ordusu həmin yolda post-patrul, yaxud sərhəd-keçid məntəqəsinin qurulması prosesinə zəmin yaratdı. Hesab edirəm ki, Ermənistandan Azərbaycana Laçın yolu üzərindən keçid etmək istəyən və bu keçiddən hərbi məqsədlər üçün istifadə edənlər üçün yolun nəzarətə götürülməsi acı xəbər oldu. Bu hadisə Ermənistan, eləcə də Qarabağ cəmiyyətində ciddi pessimizm yaradacaq, psixoloji sarsıntı artacaq, həmçinin Qarabağda yaşayan ermənilər üçün ciddi ismarış olacaq”.

 

 

Nigar HƏSƏNLİ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR