İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuzun iki zabiti faciəvi şəkildə həlak oldu

Füzulidə ölümlə nəticələnən ağır yol qəzası ilə bağlı təfərrüatlar məlum olub.

Lent.az xəbər verir ki, qəzada dünyasını dəyişən hər iki şəxs, Araz Fazil oğlu Nazarov və sərnişini İlkin İmdadlı Azərbaycan Ordusunun zabitləri olub. Məlumata görə, kapitan A. Nəzərov top divizyon komandirinin müavini idi. İlkin İmdadlı isə ordumuzun baş leytenantıdır.

Həmçinin A. Nəzərovun Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarovun qardaşı olduğu bildirilir. 38 yaşlı mərhum hərbçi ailəli olub, 2 övladı var. O, Vətən müharibəsi iştirakçısı idi, Qubadlının, Laçının və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR