İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuz Laçın şəhərinə daxil olan kimi, ilk dövlət qurumu fəaliyyətə başladı – Mehman Əliyevlə “Canlı debat”

Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olmasını əks etdirən görüntülər yayılıb.
Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb: "Hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir".

İşğaldan azad olunan Laçın şəhərində ilk dövlət qurumu fəaliyyətə başlayıb. Laçında Dövlət Təhlükəsizliyi Xidməti işinə başlayıb.

Xatırladaq ki, bu gün Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib, Zabux və Sus yaşayış məntəqələri tam nəzarətə götürülüb.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyəcəksiz. Qonağımız Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR