İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuz düşmənin hərəkət marşrutlarını müşahidə edə biləcək-AÇIQLAMA  

“Cağazur və Zabux kəndləri arasındakı bir sıra strateji əhəmiyyətli yüksəkliklərin azad olunması Azərbaycan ordusuna mühüm imkanlar yaradır. Belə ki, Azərbaycanın qapısı sayılacaq Laçın rayonundan, o cümlədən şərti sərhədlərimizdən düşmənin öncədən qruplaşmalarının və hərəkət marşrutlarını müşahidə altında tuta bilərik”.

Bunu Musavat.com-a hərbi analitik Alparslan İmamqulu bildirib. Ekspert qeyd edib ki, yeni yüksəkliklərin azad olunması ilə biz düşmənin tampon bölgə sayılacaq ərazilərdəki terrorçu qrupların zərərsizləşdirilməsində daha da müvəffəq olacağıq: “Bununla yanaşı, bir sıra keçid məntəqələrində nəzarət-buraxılış məntəqələrinin qurulması qaçılmazdır. Bu istiqamətdə işlər gedir. Xüsusilə, gömrük nəzarət-buraxılış məntəqələrinin qurulması və gömrük prosedur qaydalarının tətbiq olunması Azərbaycan qanunvericiliyə görə əsas şərtlərdən biridir”.

Qeyd edək ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR