İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuz artıq bu ərazilərə nəzarət edir - Video

Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri ötən gün nəzarətə götürüb.

Axar.az xəbər verir ki, Teleqram kanallarında Azərbaycanın nəzarətinə keçən ərazilərin görüntüləri yayılıb.

Görüntülərdə Laçından Şuşaya gedən istiqamətdə olan bütün yüksəkliklərin – Laçındağ (1884), Sarıbaba (2295), Quruxyalı (2036) və Qızıldaş (1951) Azərbaycanın nəzarətinə keçdiyi qeyd olunub.

Erməni separatçılarının silah-sursat daşımaq üçün istifadə etdikləri Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunun üzərində yerləşən 2054 adsız yüksəkliyi martın 25-də Ordumuz nəzarətə götürüb.

3 adsız yüksəklik isə (2250, 2148.0, 1845.6) hələ də erməni separatçıların nəzarətində qalıb. Lakin videoda həmin yüksəkliklərin dörd bir tərəfdən Azərbaycanın nəzarət etdiyi ərazilərlə əhatə olunduğu aydın görünür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR