İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordular HAZIR VƏZİYYƏTƏ KEÇDİ - qırıcılar HAVADA! - nüvə müharibəsi BAŞLANIR

Dünən Pakistanın müdafiə naziri Xavaca Asif Kəşmirdə baş verən terror aktı ilə əlaqədar bildirib ki, onun ölkəsi ilə Hindistan arasındakı münaqişə nüvə qarşıdurmasına çevrilə bilər. “Dünya birliyi nüvə qarşıdurmasına çevrilə biləcək bu təhlükəli mübahisəyə diqqət yetirməlidir. Hər iki ölkə nüvə dövlətidir”, – nazir qeyd edib.

Xatırladaq ki, aprelin 22-də “LəşkəreTaiba” terror qruplaşmasının silahlı üzvləri məşhur turizm şəhəri olan Pahalqamda (Cammu və Kəşmir ittifaq ərazisi) terror aktı törədiblər. 25 Hindistan, 2 Birləşmiş Ərəb Əmirliyi və 1 Nepal vətəndaşı həlak olub, çoxlu sayda insan yaralanıb. Hücum edənlər qaçmağa müvəffəq olublar.

Terror aktının baş verdiyi Pahalqam populyar turizm məkanlarından sayılır. Bura uzun illərdir ki, Pakistanla Hindistan arasında mübahisəli ərazilərdəndir. Əhalinin əksəriyyəti dini inanclarına görə müsəlmanlardır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.15-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyəcəksiz. Qonağımız politoloq Vaqif Hüseyndir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR