İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEK+ nazirlərinin görüşü irəli çəkildi: Hasilat yenidən artırılacaq?

OPEC+ razılaşmasının 8 üzvünün nazirlərinin görüşü irəli çəkilib.

Musavat.com xəbər verir ki, məlumatı İnterfaks agentliyi nümayəndə heyətlərindən birindəki mənbəyə istinadən yayıb. Bildirilir ki, əvvəldən iyulun 6-na planlaşdırılan görüş iyulun 5-i şənbə gününə irəli çəklilib.

Nazirlər görüşündə əsas müzakirə avqust ayı üçün neft hasilatı planı ilə bağlı olacaq.
Xarici KİV-in məlumatına görə, əsas variantlardan biri hasilat kvotalarının yenidən gündəlik 411 min barel artırılmasıdır. “İnterfaks” mənbələri qeyd edib ki, həqiqətən də belə bir addım nəzərdən keçirilir, lakin yekun qərar bazar şəraitindən asılı olacaq.

Rusiya baş nazirinin müavini Aleksandr Novak keçən həftə bildirib ki, alyans ölkələri birbaşa məsləhətləşmələr zamanı qərar verəcəklər.

Qeyd edək ki, əvvəllər neft hasilatını sutkada 2,2 milyon barel həcmində könüllü azaldan səkkiz OPEC+ ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman) aprel ayından məhdudiyyətləri ləğv etməyə başlayıblar. Onlar hasilatı ardıcıl üç ay - may, iyun və iyul aylarında planlaşdırılan 130-140 min barel əvəzinə 411 min barel artırmağa qərar veriblər. Bu qərarın Səudiyyə Ərəbistanının təkidi ilə qəbul edildiyi bildirilir. Ər-Riyad OPEK+ razılaşması üzrə hasilatın azaldılması nəticəsində dünya neft bazarında itirdiyi payı bərpa etmək niyyətindədir. Xarici media mənbələrinin yazdığına görə, Səudiyyə Ərəbistanı avqust ayında da hasilatın sutkada 411 min barel artırılmasını istəyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR