Onlayn ictimai-siyasi qəzet
Oktyabrda Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 482 min barel təşkil edib.
"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, oktyabrda Azərbaycanda gündəlik neft hasilatı sentyabr ayı ilə müqayisədə 7 min barel və ya 1,4 % azalıb.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, sentyabr ayında faktiki hasilat 69 min barel geriləyib.
OPEC-in məlumatına görə, bu ilin birinci rübündə Azərbaycanda gündəlik orta hesabla 477 min barel, ikinci rübdə isə 475 min barel, üçüncü rübdə 486 min barel neft hasil edilib.
2023-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 503 min barel olub.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ