Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə qlobal neft tələbatı sutkada 1,54 milyon barel artaraq 103,75 milyon barelə çatıb.
Musavat.com OPEC-in aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin sonuna qədər bu, daha 1,45 milyon barel artaraq 105,2 milyon barelə çata bilər.
Alyansın analitikləri bu il neftin qlobal istehlak dinamikası ilə bağlı gözləntiləri saxlamaqla, ötən il neftə tələbat artımı təxminlərini 70 min barel (dekabr proqnozu - 1,61 milyon barel) azaldıblar.
Alyans həmçinin 2026-cı ildə neftə tələbat üzrə ilk qiymətləndirməni verib - 106,63 milyon barel, bu da 2025-ci ilin proqnoz səviyyəsi ilə müqayisədə 1,43 milyon barel artımı nəzərdə tutur.
OPEC analitiklərinin fikrincə, qeyri-OECD ölkələri həm 2025, həm də 2026-cı illərdə qlobal neft istehlakında artımın əsas drayverləri olaraq qalacaqlar: onların payına illik artımın təxminən 1,3 milyon bareli düşəcək. OECD ölkələrində artım isə hər il cəmi 100 min barel olacaq.
Əsas artım Çin və Hindistandan, eləcə də Yaxın Şərq və Latın Amerikasının bir sıra ölkələrindən olacaq. Eyni bölgələr 2026-cı ildə də tələbi dəstəkləyəcəklər:
"Bu il istehlakın artımı hava nəqliyyatına güclü tələbat, eləcə də avtomobil nəqliyyatında, o cümlədən yükdaşıma seqmentində və dizel mühərriki ilə işləyən nəqliyyat vasitələrində sabit fəaliyyətlə dəstəklənə bilər. Bundan əlavə, sənayedə aktivliyin artması, OECD-ə daxil olmayan ölkələrin tikinti və aqrar-sənaye sektorları öz töhfəsini verəcək".
Noyabr ayı üzrə ilkin məlumatlar göstərir ki, OECD ölkələrində ümumi kommersiya neft ehtiyatları aylıq müqayisədə 8,4 milyon barel azalaraq 2,77 milyard barelə düşüb. Bu, 2023-cü ilin noyabr ayı səviyyəsindən 19,3 milyon barel, son beş il ərzində orta səviyyədən 97,7 milyon barel və 2015-2019-cu illərin orta səviyyəsindən 171,5 milyon barel (OPEC+ sazişinin istinad səmərəliliyi səviyyəsindən) aşağıdır.
O cümlədən, neft məhsullarının ehtiyatları əvvəlki ayla müqayisədə 5,2 milyon barel azalaraq 1,457 milyard barelə qədər; neft - 3,1 milyon barel artaraq 1,313 milyard barelə qədər.
Musavat.com
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ