İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEC+ apreldə hasilatı nə qədər artıracaq? – Qrafik açıqlandı

Aprel ayında OPEC+ ölkələri neft hasilatını əvvəl elan olunan həcmlərdən 30 faizə qədər az artıracaqlar.

Musavat.com OPEC-in açıqladığı hasilat qrafikinə istinadən xəbər verir ki, 8 razılaşma ölkəsinin könüllü azaltdığı hasilat həcmləri gələn ay əvvəlcə nəzərdə tutulan gündə 126 min barel deyil, 88 min barel artırılacaq.

Beləliklə də OPEC+ iştirakçılarının gündəlik hasilatı 35,5 milyon barel təşkil edəcək.

Yeni qarfikdən aydın olur ki, Rusiya aprel və may aylarında hasilatı mart ayı səviyyəsində - 8,953 milyon bareldə saxlayacaq. Halbuki əvvəlki cədvələ görə, Rusiya apreldə hasilatı sutkada 11 min barel artıraraq 8,973 milyon barelə çatdırmalıydı.

Bundan başqa, fevral ayı ilə müqayisədə martda razılaşma üzvlərinin ümumi hasilatı sutkada təxminən 200 min barel azalaraq 35,413 milyon barel təşkil etməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR