Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, “Vətəndaş sazişi” fraksiyasının keçmiş deputatı Qurgen Arsenyan Ermənistanın Rusiyadakı səfiri təyin edilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı yerli rusiyapərəst politoloq Suren Surenyants öz münasibətini açıqlayıb.
“Məndə subyektiv təəssürat yaranıb ki, Paşinyanın fraksiyasında çoxları komanda üzvü olmaq “yükündən” xilas olmaq üçün belə statusa can atırlar. Arsenyanın təyinatı Ermənistan-Rusiya münasibətlərində nəyi dəyişəcək? Demək olar ki, heç nəyi. Burada söhbət heç də Arsenyanın şəxsiyyəti və ya keyfiyyətlərindən getmir.
Rusiya-Ermənistan əlaqələrində iki dövlətin başçıları arasında münasibətlər mühüm rol oynayır və təbii ki, bu səviyyədə strateji qərarlar qəbul edilir. Təəssüf ki, bu səviyyədə Rusiya-Ermənistan münasibətləri hazırda nikbinlik yaratmır.
Arsenyanın təyinatı bugünkü Ermənistan-Rusiya münasibətlərinin dəyişməsi üçün siqnaldan daha çox onun gəldiyi nəticədir”, - deyə Surenyants yazıb.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ