İnsanlara hürriyət, millətlərə istiqlal!

Onların başına gələnlər faciədir - Flikdən çağırış

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik kəskin tənqidlərə məruz qalan hakimlərə dəstək olub.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, "Hakimlərin başına gələnlər fəlakətdir. Biz hakimlərin ailələrini düşünməliyik. Hamımız səhv edirik. Bu cür səhvləri düzəltmək üçün indi VAR var. Hakimləri qorumaq lazımdır", - deyə AS Flikdən sitat gətirib.

Daha əvvəl ispaniyalı referi Xose Munuera Monteronun qeyri-futbol fəaliyyəti ilə bağlı təhqiqatın başlanması ilə bağlı məlumatlar ortaya çıxıb. Təhqiqat İspaniya Kral Futbol Federasiyasının (RFEF) xüsusi komitəsi tərəfindən La Liqanın 24-cü turunun "Real Madrid" - "Osasuna" matçından (1:1) sonra başlayıb. Həmin oyunda Montero hakimi təhqir etdiyinə görə "Real"ın yarımmüdafiəçisi Cud Bellinqemə birbaşa qırmızı vərəqə göstərib. O, "Real Madrid"in qapısına penalti də təyin edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR