İnsanlara hürriyət, millətlərə istiqlal!

"Onları əlil arabasında gətirib, cibinə milyonlar qoyurlar" - Zaurdan etiraz

Aparıcı Zaur Baxşəliyev türkiyəli ifaçıların Bakıya gətirilib konsertinin təşkil olunmasını tənqid edib.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, "Zaurla Günaydın proqramında danışıb.

Türkiyəli ifaçı Sərdar Ortaçın Bakıya əlil arabasında gətirilməsini xatırladan Zaur bunları deyib:

"Camaatı əlil arabasında gətirib oxudurlar, cibinə milyon qoyurlar. Sərdar Ortaçı gətiriblər, adam yeriyə bilmir. Get otur evində-eşiyində. Bizim heç səhnəni silkələyən sənətçisinə gedib qulaq asmırlar. Onu hava limanından əlil arabasında çıxartdılar. Onların Türkiyədə erası qurtarıb, bitdi. Gedirlər, gətirirlər, yazıqdırlar. Niyə əziyyət verirsiniz?".

Qeyd edək ki, Sərdar Ortaç və İbrahim Tatlısəs Bakıya gələrkən hava limanında əlil arabasında çıxarılıblar. Onlar səhnədə də ayaqüstə durmağa çətinlik çəkib, İ.Tatlısəs oturuqlu halda mahnılarını oxuyub.  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR