Onlayn ictimai-siyasi qəzet
Astrologiyaya görə, yay ayları bəzi bürclər üçün sevgi məsələlərində yeniliklər dövrü olacaq.
Musavat.com Publika.az-a istinadla xəbər verir ki, 5 bürc 2025-ci ilin yayına üzük taxaraq girəcək.
Həmin bürcləri təqdim edirik:
Buğa
Buğa bürcləri bu ilin yayında sevgi həyatlarında böyük dönüş nöqtələrinə şahidlik edəcək. May ayında Veneranın təsiri ilə Buğalar evliliklə bağlı ani, lakin qəti qərarlar verə bilərlər. Uzun müddətdir birlikdə olan Buğalar bu yay toy dəvətnamələri göndərə bilər.
Xərçəng
Ailə bağlarını sevən Xərçənglər üçün 2025-ci il sözün əsl mənasında evlilik ilidir. İyun ayında Yupiterin dəstəkləyici təsiri ilə ciddi münasibətlər birdən evliliyə çevrilə bilər. Xərçənglər yayı nikah masasında qarşılaya bilərlər!
Tərəzi
Münasibətlər planeti olan Venera tərəfindən idarə olunan Tərəzilər bu yay romantikanın zirvəsində olacaqlar. Toy planları və nişan mərasimləri Tərəzilər üçün gündəmdə olacaq. Çoxdan gözlənilən evlilik təklifi yoldadır!
Oğlaq
Ciddi və ehtiyatlı xasiyyətləri ilə tanınan Oğlaqlar 2025-ci ilin yayında eşq həyatlarında təəccüblü bir qərar verib evliliyə addım ata bilərlər. Göy hərəkətləri Oğlaqları evlilikdə dəstəkləyir, xüsusilə iyulun sonu mühüm qərarlar üçün mükəmməldir.
Balıqlar
Xəyalpərəst Balıqlar üçün romantik bir yay yaxınlaşır. Münasibətlərdə güvən hissi artır, evlilik planları ön plana çıxır. Balıqlar üçün sevgi və bağlılıq həmişəkindən daha güclüdür. Bu yay Balıqların toyuna dəvət oluna bilərsiniz!
Qoç və Qız bürcü üçün də sürpriz inkişaflar mümkündür. Xüsusilə avqust ayında səmadakı müsbət enerjilər eşq həyatınızda ani inkişaflara səbəb ola bilər.
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ