İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar tualet kağızı tapa bilmir, həmin məşhur isə susur - FOTO

Tvitter şirkətinin Nyu-York ofisində yaranan natəmizlik dünya mediasına səs salıb.

Musavat.com "Business Insider"ə istinadla xəbər verir ki, xərcləri azaltmaq üçün sərt qənaət rejiminə keçən Tvitterin rəhbəri İlon Mask şirkətin ofislərində çalışan təmizlik işçilərini işdən çıxarıb, təmizləyici məhsullarda hədsiz azaltma etməklə narazılıq yaradıb.

Belə ki, işçilərin istifadə etdiyi tualetlərin təmizlənməmə səbəbindən ətrafa kəskin qoxu yaydığı bildirilir. İşçilərin hətta tualet kağızı tapa bilmədikləri qeyd olunur. İlon Maskın isə onlardan bu rejimdə həftə içi 5 gün iş tələb etdiyi deyilir. İşçilər mövcud durumdan narazılıqlarını rəhbərliyə çatdırsalar da, şirkətin mətbuat xidməti susur.

Qeyd edək ki, İlon Maskın Tvitterə 2 aylıq rəhbərliyi dönəmində kompüter avadanlıqları və proqram təminatı problemlərini həll edə bilən bütün mütəxəssislər ya işdən çıxarılıb, ya da istefa ediblər. 

Musavat.com 

 tualet 1.PNG (928 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR