İnsanlara hürriyət, millətlərə istiqlal!

Ombudsman prezident seçkilərinə hazırlıq prosesindən danışıb

"Prezident seçkiləri ilə əlaqədar Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə fəaliyyət planı tərtib olunub. Fəaliyyət planına əsasən ölkədə silsilə tədbirlər keçirilir".

Musavat.com bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. O qeyd edib ki, tədbirlər Bakı, Gəncə, Şəki, Quba və Naxçıvanda olacaq.

Səbinə Əliyeva vurğulayıb ki, tədbirlər çərçivəsində vətəndaşların seçki hüququnun təmini haqqında təlimlər, treninqlər  keçirilir: "Yaxın günlərdə də fəaliyyət davam edəcək".

Xalidə Gəray
Foto müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR