Onlayn ictimai-siyasi qəzet
İran və ABŞ arasında aprelin 12-nə planlaşdırılan danışıqlar birbaşa olacaq.
Musavat.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolina Levitt bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə İran tərəfinin qarşıdakı təmasların vasitəçilərin vasitəsilə həyata keçiriləcəyi ilə bağlı bəyanatlarını şərh edərkən deyib: "Şənbə günü birbaşa danışıqlar olacaq. Ancaq mən prezident Donald Trampdan əvvəl bu məsələ ilə bağlı hər hansı əlavə təfərrüatları açıqlamayacam”.
Tramp martın 7-də bildirib ki, o, İranın ali dini lideri Ayətullah Əli Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparmağı təklif edən mesaj göndərib. Martın sonunda İranın xarici işlər naziri Abbas Əraqçi qeyd edib ki, Tehran ABŞ administrasiyası rəhbərinin məktubuna cavab göndərmək üçün Omanın vasitəçilik xidmətlərindən istifadə edib.
Aprelin 7-də məlum olub ki, yazışmalardan sonra tərəflər danışıqların birinci raundunu aprelin 12-də Omanda keçirmək barədə razılığa gəliblər. Görüşün əsas iştirakçıları Əraqçi və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff olacaq. Trampın aprelin 7-də verdiyi məlumata görə, ABŞ-İran təmasları birbaşa olacaq. Bu arada, İran diplomatiyasının rəhbərinin sözlərinə görə, Tehran Vaşinqtonun təzyiqindən yayınmaq üçün ABŞ-la danışıqların vasitəçilər vasitəsilə aparılması variantını seçib və Oman görüşündən sonra formatı dəyişməyi planlaşdırmır.
Musavat.com
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ