Onlayn ictimai-siyasi qəzet
Bu gündən başlayaraq yaxın 14 gündə güclü maqnit qasırğası olacaq. Belə ki, NASA-nın yaydığı son görüntülər Günəşin üzərindəki böyük ləkələrin olduğu ortaya çıxarıb.
Alimlərin fikrincə, bu, böyük Günəş partlayışlarının xəbərçisi ola bilər. Günəş ləkələrindən ibarət arxipelaqlar Yerdən 15 dəfə böyükdür və bu qaranlıq ləkələrin yaranması Günəş maksimumunun sürətlə yaxınlaşdığını göstərir. Alimlər xəbərdarlıq edirlər ki, bu ləkələr Yerə doğru şiddətli enerji dalğaları yayaraq geomaqnit qasırğalarına səbəb olacaq.
Ona görə də bu gündən etibarən yaxın 14 gün meteohəssas insanlar üçün çətin keçəcək.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir:
“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə, qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də, bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ