İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəmiz üçün TƏHLÜKƏ - Qərb rayonlarına nüvə tullantıları HƏYƏCANI

Deputat və hərbi ekspertdən həyəcan təbili; “Fransa tək Azərbaycanı deyil, bütöv bir regionu nüvə təhlükəsi zonasına çevirib”

2025-ci ilin iyun ayında “Courrier France 24" xəbər portalı Fransanın dövlət nüvə şirkəti "Orano" tərəfindən Ermənistana zəifləşdirilmiş uran tullantılarının gizli şəkildə daşındığını ifşa edib. Bu tullantılar ekoloji baxımdan son dərəcə həssas bir ərazi olan Dilican Milli Parkında - nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş canlıların yaşadığı biosfer qoruğunda saxlanılır.

Fakt ictimaiyyət və ekoloqlar arasında ciddi narahatlıq doğurub. Amma məsələ təkcə ekoloji fəlakət təhlükəsi ilə bitmir - araşdırmada Ermənistan hakimiyyətində korrupsiya elementlərinin olduğu da üzə çıxır.

“Orano” şirkəti illərlə nüvə yanacağının və radioaktiv tullantıların saxlanması üçün əsasən Rusiyadan istifadə edib. Lakin Ukrayna müharibəsi fonunda Rusiyaya tətbiq olunan sanksiyalar bu marşrutu qeyri-mümkün etdi. Alternativ axtarışında olan “Orano”nun seçimi gözlənilməz şəkildə Ermənistana yönəldi - bu qərar, 2025-ci ilin fevralında Ermənistan baş naziri Nikol Paşinyanın Parisə etdiyi səfərdən cəmi bir neçə həftə sonra verildi. Həmin səfərdə Paşinyan Fransa prezidenti Emmanuel Makron və enerji rəsmiləri ilə görüşlər keçirmişdi. “Orano”nun daxili sənədlərinə əsasən, bu görüşlərdən sonra Ermənistana tullantıların daşınmasına dair qərar qəbul olunub və ilk partiya 2025-ci ilin iyununda Dilican qoruğuna gətirilib.

Zəifləşdirilmiş uran - zənginləşdirilmiş uranın istehsal prosesi zamanı yaranan, lakin hələ də radioaktiv və toksik xüsusiyyətini saxlayan bir maddədir. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məlumatına görə, belə maddələrin saxlanması və ya utilizasiyası “nüvə yanacaq dövriyyəsinin arxa mərhələsi” sayılır və ciddi nəzarət tələb edir.

“Environmental Protection First (EPF)” Koalisiyası Fransanın urantərkibli radioaktiv tullantıları Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsi ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir: “Biz - "Environmental Protection First (EPF)" Koalisiyasının üzvləri Fransanın nüvə yanacağı nəhəngi - “Orano” dövlət şirkətinin urantərkibli radioaktiv tullantıların bir hissəsini Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsini Azərbaycana qarşı yeni ekoloji müharibə kimi qiymətləndiririk.

Fransa mediasının məlumatlarına görə, bu prosesə 2025-ci ilin iyunundan başlanılıb, nüvə tullantılarının ilk hissəsi artıq Ermənistanın Dilican Milli Parkının ərazisinə yerləşdirilib. Göyçə gölünün şimalında olan bu park bütünlüklə Ağstafa çayının hövzəsində 1100-2800 metr yüksəklikdə yerləşir, su axıntıları Ağstafa çayı vasitəsilə Kür çayına daşınır. Parkın ərazisi Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarına yaxın olduğu üçün bütövlükdə Azərbaycanda biomüxtəliflik təhdid altındadır", - deyə bəyanatda bildirilir.

Ermənistan hakimiyyəti Fransa mediasında yayılmış məlumatları guya “dezinformasiya” adlandırsa da, faktı yerində yoxlamağa imkan vermir.

“Biz - "Environmental Protection First (EPF)" Koalisiyası olaraq, baş nazir Nikol Paşinyanı Azərbaycan QHT-lərinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və digər beynəlxalq təşkilatların nümayəndələri ilə birgə Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərdə radiaktiv tullantılarla əlaqədar monitorinq aparmağa şərait yaratmağa çağırırıq", - deyə bildirilir.

Aydın Mirzəzadə: Ermənistan işğal dövründə minalara 400 milyon dollar  xərcləyib | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

Aydın Mirzəzadə

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a açıqlamasında Ermənistanın “böyük bacısı”nın onu nə üçün dəstəklədiyinin bir daha sübut olunduğunu qeyd etdi: “Bu çox ciddi, narahatedici məlumatdır. Düzdür, Ermənistan və Fransa bunu həqiqətə uyğun olmayan məlumat adlandırsalar da, amma faktiki bir çox məsələlər üzə çıxır. Fransanın nədən Ermənistana çox isti bir "bacı" münasibəti göstərməsinin də sirri məhz burdadır. Fransa Afrikadakı keçmiş müstəmləkələrində ciddi şəkildə məğlubiyyətə uğradıqdan sonra nüvə tullantılarını basdırmaq üçün onun üçün əlverişli bir yer axtarırdı. Onun Ermənistanla belə yaxın münasibəti, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini dəstəkləməsinin bir səbəbi də məhz həmin tullantıları basdırmaq üçün Ermənistandan poliqon kimi istifadə etməkdən ibarətdir. Ortada olan məlumat göstərir ki, onun təhlükəsizliyinə heç bir qarantiya yoxdur. Onun Ağstafa çayının üst hissəsində yerləşməsi səhəri gün zəlzələ, yaxud bir baxımsızlıq ucbatından həmin tullantıların Kür çayına, oradan da Xəzərə tökülməsinə səbəb ola bilər. Bir sözlə, Fransa tək Azərbaycanı deyil, bütöv bir regionu nüvə təhlükəsi zonasına çevirib. Bu məsələyə BMT Təhlükəsizlik Şurası, MAQATE ciddi münasibət bildirməlidir. Şübhəsiz ki, Azərbaycan bu məsələnin ciddiliyini beynəlxalq aləmə çatdıracaq. Fransa etdiyi bu hərəkətlərə görə cavab verməlidir. Prezident Makronun siyasəti bu regionu böyük bir təhlükə altına alır. Ermənistanın bundan qazancı onlar üçün böyük sayılan pul mükafatı ola bilər. Amma uduzan axı regiondur. Azərbaycan öz təhlükəsizliyi üçün olan belə bir təhdidə göz yuma bilməz. Bir daha qeyd edirəm ki, Fransa etdiyi bu hərəkətə görə ciddi cavab verməlidir. Beynəlxalq ekoloji təşkilatlar bu məsələyə reaksiya bildirməlidir. Nüvənin zənginləşdirilməsi layihəsinə görə İranla İsrail arasında 13 gün ərzində bütün dünyanı silkələyən dəhşətli bir müharibə baş verdi. Böyük bir çətinliklə bu savaşı durdurmaq mümkün oldu. Hələ də təhlükə aradan qalxmayıb. Görünən ondan ibarətdir ki, Fransa Ermənistanın Azərbaycanla şərti sərhədi yaxınlığında nüvə tullantılarını basdırması gələcəkdə bu region üçün, eləcə də dünya üçün böyük problemlər yarada bilər. Çünki bugünkü dünyada hansısa bir regionun problemi yoxdur. Sadəcə, bir regionun problemi zəncivari surətdə dünyanın bütün məsələlərinə ciddi şəkildə təsir edir".

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

 Rövşən Məhərrəmov

Azərbaycan Müdafiə Nazirliyinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov bunun Ermənistan tərəfindən atılan çox təhlükəli bir addım olduğunu söylədi: “Fakt dəqiqliyi ilə yoxlanılmalıdır. Əgər Azərbaycan sərhədlərinə yaxın məsafədə belə bir addım atılıbsa, məsələnin üzərinə ciddi şəkildə gedilməlidir. Burada bir fakt da var ki, əgər hansısa bir dövlətin sərhədinə yaxın ərazidə belə bir addım atılırsa, mütləq şəkildə həmin dövlətlə bu razılaşdırılmalıdır. Bilirsiniz ki, ermənilər bir neçə il öncə belə bir addım atmaq istədilər. Amma dərhal hərəkətə keçdik, Naxçıvanda Amerika şirkətləri tərəfindən tikiləcək müəssisənin inşasını dayandırdıq. O zaman Azərbaycan tərəfi çox ciddi tələblər irəli sürmüşdü. Güman edirəm ki, bu məsələdə də Azərbaycan hakimiyyəti ciddi tələblər irəli sürməlidir. Ümumilikdə monitorinq keçirilməlidir. Əgər yazıda olanlar əksini taparsa, mütləq formada ciddi tədbirlər görülməlidir. Dilican Milli Parkı Göyçə gölünü, eləcə də bir hissəsi Gədəbəy, Tovuz, Qazax, Ağstafaya yaxın əraziləri əhatə edir. Axan çayların da hər biri Kürə tökülür. Bu da böyük bir ekoloji fəlakət yarada bilər. Bunun təsirləri təkcə Azərbaycan tərəfə deyil, Gürcüstana da ola bilər. Bu məlumata laqeyd yanaşmaq olmaz. Məsələnin üzərinə sona qədər gedilməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR