İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəmiz ABŞ-də robototexnika yarışında təmsil olunacaq

Azercellin dəstəyi ilə məktəblilərimiz ilk dəfə NASA-nın dünya səviyyəli müsabiqəsinə qatılacaq.

Dünyaca məşhur “FIRST Robotics Competition” (FRC) müsabiqəsində bu il ilk dəfə olaraq Azərbaycan da iştirak edir. NASA (“Milli Aeronavtika və Kosmos İdarəsi”) təşkilatının ABŞ-də keçirdiyi bu yarışda ölkəmizi 14-18 yaş arasında olan 22 gənc “MeckHack #9030” komandası adı altında təmsil edir. Yarışmaya “Azercell”in dəstəyi və “Train Brain” şirkətinin təşkilatçılığı ilə qatılan komanda iştirakçıları bu beynəlxalq tədbir üçün hazırladıqları robotu Nyu-Yorkda münsiflər heyətinə təqdim edəcəklər. Azərbaycanı “MeckHack #9030” adı altında təmsil edən iştirakçılarımız dünyanın müxtəlif ölkələrindən yarışa qatılmış 48 komanda ilə mübarizə aparacaqlar. Müsabiqənin nəticələri aprel ayının 9-da baş tutacaq final mərhələsindən sonra açıqlanacaq.

Qeyd edək ki, “FIRST Robotics Competition” orta məktəb şagirdləri arasında keçirilən beynəlxalq robototexnika yarışmasıdır. Müsabiqədə iştirakçılardan ciddi qaydalar, məhdud vaxt və resurslar çərçivəsində robototexnika proqramları vasitəsilə komanda brendinin yaradılması, sənaye ölçülü robotların qurulması və proqramlaşdırılması tələb olunur. Hər il orta məktəb tələbələri, məşqçilər və mentorlardan ibarət komandalar müəyyən müddət ərzində robotlar hazırlamaq üçün işləyirlər. 

“Azercell” gələcəyin elm insanları və mühəndisləri üçün lazım olan tənqidi düşüncə, qeyri-standart üsullarla problemlərin həll olunması, bununla yanaşı, komanda işi kimi vacib bacarıqları inkişaf etdirən yarışmada Azərbaycanın gənc robototexniklərinə uğurlar arzu edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR