İnsanlara hürriyət, millətlərə istiqlal!

Oleq Novitski ETİRAF ETDİ - Putindən görüşdən əvvəl...

Rusiyalı kosmonavt Oleq Novitski Kremldə Putinlə görüşməzdən əvvəl bir həftə təcridxanada olduğunu etiraf edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə kosmonavtın özü prezidentin əlindən medal alarkən söyləyib.

Qeyd edək ki, Novitski Putindən III dərəcəli “Vətənə xidmətə görə” ordenini alıb. Kürsüyə qalxan kosmonavt “Bağışlayın, biz təcrid olunmuş vəziyyətdə bir həftə susmuşuq”, - deyə, sözünü deməkdən çəkinməyib.

Putin Novitskidən başqa, bu gün Razman Kadırovun həyat yoldaşını, Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkini, Rusiya Liberl-Dmeokrat partiyasının Jirinovskidən sonrakı lideri, deputat Leonid Slutskini və Ukraynadakı müharibənin bir neçə iştirakçısı da daxil olmaqla 30-dan çox şəxsi mükafatlandırıb.

Qeyd edək ki, əvvəllər prezidentlə görüşmək üçün yarım ay təcriddə oturmaq lazım idi. BBC-nin məlumatına görə, 2 il ərzində prezidentin qonaqları üçün karantinlərə 1,5 milyard rubl xərclənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR