Onlayn ictimai-siyasi qəzet
Aprelin 19-da Lənkəran bələdiyyəsinin sabiq sədri Aygün Mirzəyevanın qanunsuz hərəkətləri ilə barədə mediada yayılmış məlumatlar əsasında rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Lənkəran rayon prokurorluğu yayıb.
Toplanmış sübutlarla Aygün Mirzəyevanın qeyd olunan vəzifədə işlədiyi müddətdə xeyli miqdarda bələdiyyə əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.
Aygün Mirzəyevaya Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilib.
Lənkəran rayon prokurorluğunda ilkin araşdırma zamanı Lənkəran şəhər sakini Niyaz Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət Miriyevanın 6674 manat məbləğində təqaüdünü özündə saxladığı bank kartı vasitəsilə çıxarmasına, bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi barədə Lənkaran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək ölüm haqqında şəhadətnamə almasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, Lənkəran şəhər sakini, S.Vurğun küçəsi ev 38-də daimi qeydiyyatda olan və yaşayan Miriyeva Rəvayət 07.02.2021-ci ildə pandemiya zamanı ev şəraitində vəfat edib.
Mərhumu Lənkəranda “Böyük bazar” qəbiristanlığında, həyat yoldaşının yanında dəfn ediblər.
Məlumatı saytımıza verən mənbənin iddiasına görə bələdiyyə sədri Aygün Mirzəyevanın anası Sevil Mirzəyeva mərhumun nəvəsi Sadıqova Rəksanəyə uzun müddət imiş ki, sələmə pul verib, qarşı tərəf isə vaxtlı-vaxtında pulu ödəyə bilməyib.
İddialara görə, Aygün Mirzəyeva anasına olan borcun ödənilməsi üçün plan hazırlayaraq mərhumun ölüm faktını gizli saxlayıb. Bunun üçün mərhumun təqaüd aldığı bank kartını isə nəvəsindən alaraq anasına verib. Beləliklə iki il ərzində mərhumun təqaüdü bələdiyyə sədrinin anası tərəfindən mənimsənilib. Mərhum dünyasını dəyişərkən ona qeydiyyatda olduğu ünvandakı tibb müəssisəsi tərəfindən ölüm kağızı verilməyib.
Amma Lənkəran şəhər “Böyük bazar” qəbiristanlığında dəfn edilib. Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyeva barəsindəki ittihamlarla razılaşmayıb. Saxta ölüm kağızınıın isə yeni işə götürdüyü işçisisinin texniki səhvə yol verdiyini bildirib.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ