İnsanlara hürriyət, millətlərə istiqlal!

Oleksiy Danilov: "Rusların Baxmutda irəliləyiş tempi onların planlarına uyğun gəlmir"

Rusiya Baxmutun tutulması barədə məlumat vermək istəyir, ona görə də bütün qüvvələri hücuma atırlar. Lakin rusların irəliləyiş tempi onların planlarına uyğun gəlmir.

AZƏRTAC xəbər verir ki, bunu “RBK-Ukrayna”ya müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov deyib.

"Baxmutun yaxınlığında Priqojinin "Vaqner" terror təşkilatı və silahlı qüvvələri, Rusiya desant qüvvələri cəmləşib. Rusiyanın bütün qüvvələri uzun müddətdir ordadır, lakin heç nə edə bilmirlər”, - deyə o əlavə edib.

Danilovun sözlərinə görə, Ali Baş Komandanın qərargahının heç bir iclası Baxmut istiqaməti ilə bağlı hesabat verilmədən keçmir. Baxmut Ukraynanın xəritəsində təkcə coğrafi nöqtə deyil: “Bu, hər gün çoxlu sayda düşmənin və onların texnikasının məhv edildiyi, rusların bu və ya digər istiqamətdə irəliləmək qabiliyyətinin azaldığı yerdir. Bizim üçün istənilən ərazi son dərəcə vacibdir və biz əlimizdən gələni edəcəyik, mümkün olan hər şeyi edəcəyik”.

O, həmçinin qeyd edib ki, əgər proses başqa cür getsə, hakimiyyət ictimaiyyətdən heç nə gizlətməyəcək.

"Bəli, çətindir, amma biz necə davam edəcəyimizi başa düşürük", - deyə Danilov bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR