Onlayn ictimai-siyasi qəzet
Ötən gün Tərtərdə 20 yaşlı qadın qətlə yetirilib.
Hadisə ilə əlaqədar rayon prokurorluğunun yaydığı məlumatda deyilir ki, 20 yaşlı Leyla Məhərrəmovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı həyat yoldaşını kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Sahib Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ