İnsanlara hürriyət, millətlərə istiqlal!

Okan Burukun derbi sonrası futbolçulara yazdığı gizli məktublar ÜZƏ ÇIXDI

"Qalatasaray" öz meydanında "Fənərbağça" ilə 0:0 bərabərə qalaraq əzəli rəqibi ilə arasındakı altı xallıq fərqi qoruyub.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, baş məşqçi Okan Buruk matç başa çatdıqdan sonra futbolçuların şkaflarına özəl məktublar qoyub.

Okan Burukun futbolçulara yazdığı məktubların bəziləri:

"Lemina, çox qısa müddətdə böyük fiziki inkişaf göstərdiniz. Sizi qorumaq və daha güclü etmək üçün Avropa Liqasında iştirak ərizəsinə salmamışdıq. Avropada oynasaydınız, derbidə bu fiziki səviyyəyə çata bilməzdiniz. Bugünkü performansınız üçün təşəkkür edirəm".

"Yunus Akgün, bu yerə gənc bir aslan kimi addım atdın, amma indi burada liderlərdən biri, bu ruhu daşıyan bayraqdar oldun. Üfüqdə çempionluq var, Yunus. Gəl birlikdə ona doğru qaçaq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR