Onlayn ictimai-siyasi qəzet
“Paşinyan iqtidarı istehkam işləri aparmaq, sərhədi möhkəmləndirmək, müdafiəni gücləndirmək əvəzinə ölkənin bütün potensialını yolların asfaltlanmasına yönəldib”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan tərəfindən səslənib.
Onun sözlərinə görə, Ermənistanın hazırkı hökuməti ordu hissələrini sürətlə toplamaq və silahlı qüvvələrin imkanlarını gücləndirmək əvəzinə, daha çox polisi işə cəlb edir, yeni polis xüsusi təyinatlıları yaradır.
Ohanyan Azərbaycan Silahlı qüvvələrinin təmas xəttində gücünü artırmasının yeni toqquşmaya səbəb ola biləcəyini dilə gətirib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ