Onlayn ictimai-siyasi qəzet
Tovuzun Aşağı Quşçu kəndində 3 gün əvvəl oğlu intihar edən ata özünə qəsd edib.
Musavat.com xəbər verir ki, 11-ci sinif şagirdi olan oğlunun intiharından sonra 48 yaşlı kişi özünü asaraq həyatına son qoyub.
Aşağı Quşçu kəndinin icra nümayəndəsi Ələsgər Vəliyev Musavat.com-a deyib ki, ata intihardan öncə bilək damarlarını kəsib:
“Bu gün səhər saatlarında qollarındakı damarları kəsdikdən sonra özünü asıb. Onun bir oğlu var idi, həyat yoldaşından ayrılmışdı. Övladı kiçik yaşlarından məhkəmə qərarı ilə onunla qalırdı. Oğlunun intihar səbəbi hər kəsə qaranlıq qalıb. Məktəbdə normal oxuyurdu, məşğələyə gedirdi. Uşağın anası ilə də əlaqələri var idi, danışırdılar.
Ata maşın ustası idi, 10 il olardı ki, əkinlə məşğul olurdu. Normal adamlar idilər. Görünür, oğlunun ölümünü qəbul etməyib deyə ata da intihar edib”.
Qeyd edək ki, faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Şahanə Rəhimli
Musavat.com
17 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ