İnsanlara hürriyət, millətlərə istiqlal!

Odessada sovet dövrünün əfsanəsi Vısotskinin abidəsi sökülüb

Odessada məşhur şair, müğənni, aktyor Vladimir Vısotskinin abidəsi sökülüb.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri özünün Telegram kanalında məlumat yayıb.

Kanal yerli kinostudiyanın yaxınlığında yerləşən heykəlin xüsusi avadanlıqla aparılmasını əks etdirən video yayıb.

Sentyabrda Odessa hakimiyyəti “Rusiya imperiya siyasətinin simvolları” məzmununa görə rus şairlərinin 19 abidəsini sökmək qərarına gəlib. Söküləcək obyektlər arasında Vladimir Vısotskinin, eləcə də İsaak Babelin və Maksim Qorkinin abidələri var.

Dekabrın 4-də Odessanın yerli şəhər şurasının deputatları da şair Aleksandr Puşkinin YUNESKO-nun himayəsində olan abidəsinin sökülməsi ilə bağlı qərar qəbul ediblər. İclasda deputatlar Odessanın 2025-ci il üçün büdcə layihəsini qəbul ediblər ki, bu layihədə 12 abidənin sökülməsinə sərf olunacaq vəsaitin ayrılması ilə bağlı maddə də var. Bunlara Primorski bulvarında və Puşkinskaya küçəsində Puşkinin abidələri daxildir.

Ukraynada 2015-ci ildən bəri de-kommunizasiya haqqında qanun qüvvədədir, abidələr sökülür və sovet tarixi ilə bağlı topoqrafik adlar ləğv edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR