İnsanlara hürriyət, millətlərə istiqlal!

Öcalanın tərəfdarları Avropa Parlamentinin iclasını dayandırdı

Çərşənbə günü kürdyönlü fəalların kiçik etirazı Avropa Parlamentinin plenar iclasını müvəqqəti olaraq dayandırmağa məcbur edib.

Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Etirazçılar parlamentin ziyarətçilər üçün nəzərdə tutulan ərazisində olublar. Onlar PKK-nın həbsdə olan lideri Abdullah Öcalana dəstək olaraq bayraqlar açıb və qışqırmağa başlayıblar. Olay iqlim və ətraf mühitlə bağlı müzakirələr zamanı baş verib.

Avropa Parlamentinin deputatları etirazçılardan dağılışmağı xahiş etsələr də, onlar imtina ediblər, bundan sonra iclas dayandırılıb. Məsələyə təhlükəsizlik xidmətinin əməkdaşları müdaxilə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR