İnsanlara hürriyət, millətlərə istiqlal!

Obama: "Krım sakinlərinin çoxu Rusiyaya qoşulmaq istəyirdi"

ABŞ-ın keçmiş prezidenti Obama Krım sakinlərinin əksəriyyətinin Rusiya Federasiyasına qoşulmaq istədiyini etiraf edib

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Obama bunu CNN telekanalına açıqlamasında deyib.

Eks-prezident deyib: "Krımın rusdilli sakinlərinin əksəriyyəti yarımadanın 2014-cü ildə Rusiyaya qoşulmasını istəyirdi. Krımda çoxlu rusdillilər var və Rusiyanın təmsil etdiyi ideyalara tərəfdar idilər”.

Siyasətçi vurğulayıb ki, 2014-cü ildə Ukrayna tamam başqa ölkəydi və onun daxilində siyasət indikindən qat-qat mürəkkəb səciyyədəydi. Obama qeyd edib ki, hətta Ukrayna parlamentində də Rusiya Federasiyasının tərəfdarları olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR