Onlayn ictimai-siyasi qəzet
Binədə "OBA" marketdə baş verən partlayışda xəsarət alanların sayı 3-ə çatıb.
Musavat.com xəbər verir ki, bu barədə "OBA" məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "Oba" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə 3" mağazasında partlayış baş verib:
"Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır".
Xəbərdə qeyd olunub ki, "OBA" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir:
"Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq".
09:21
****
Fövqəladə Hallar Nazirliyi Binədə marketdə baş verən partlayışla bağlı məlumat yayıb.
Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, bu gün saat 07:10-da FHN-in 112 qaynat xəttinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub:
"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb".
****
08:51
Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib.
Musavat.com xəbər verir ki, bu barədə “OBA” məlumat yayıb.
İlkin ehtimala görə, partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. FHN-dən “Report”a faktı təsdiqləyiblər.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
@@TVmusavat/109369@@
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ