Onlayn ictimai-siyasi qəzet
“Ermənistanda universitet müəllimləri olduğu bildirilən Abram Qasparyan və Menua Soqomyan siyasi baxışlarına görə İrəvan Dövlət Universitetindən qovulub. Belə bir “əməliyyatın” həyata keçirilməsində əsas rol konkret fakültələrin rəhbərliyinə məxsusdur”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan öz feysbuk səhifəsində yazıb.
“Əgər onlar inadkar olsalar, heç bir universitet rəhbərliyi bir müəllimi işdən çıxara bilməz. İrəvan Dövlət Universitetinin hazırkı rəhbərliyi “ali velosipedçi”nin (Paşinyanı nəzərdə tutur - red.) köməkçisi Yeqişe Kirakosyanın göstərişlərini yerinə yetirir”, - deyə Melikyan qeyd edib.
Musavat.com
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ