Onlayn ictimai-siyasi qəzet
Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasının Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətinə toxunub.
“Report” xəbər verir ki, bunu Konqres Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən diplomat qeyd edib ki, hazırda Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışı üçün əsas marşrutlar mahiyyətcə Rusiya və ya Çindən keçir.
“Əgər biz Azərbaycan və Ermənistandan keçən marşrutun açılmasını təmin edə bilsək, o zaman onlar (Mərkəzi Asiya ölkələri - Qeyd) dünya bazarlarına (alternativ – Qeyd) çıxış əldə edəcəklər və Rusiya və Çindən daha az asılılıq əldə edəcəklər”.
O əlavə edib ki, bütün bunlar Mərkəzi Asiya ölkələrinə qlobal bazarlara öz yollarını seçmək imkanı vermək səylərinin bir hissəsidir.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ